Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Mekhala" qasırğası Çinin şərq sahillərinə çatıb
qasirga---000

Çinin şərqindəki Futszyan əyalətinin sahillərində tayfun səviyyəsinə qədər güclənən “Mekhala” tropik qasırğası tüğyan edir.

APA “TASS”-a istinadən xəbər verir ki, Çinin tropik cərəyanların monitorinqi sisteminin məlumatına görə, tayfun yerli vaxtla saat 07:30-da (Bakı vaxtı ilə 03:30) Çjanpu dairəsinin sahillərinə çatıb.

Sahilə çatana qədər tayfunun mərkəzi hissəsində küləyin sürəti 33 m/s olub. Bundan sonra tropik cərəyan zəifləməyə başlayıb, hazırda burada küləyin sürəti təqribən 30 m/s-dir. Tropik cərəyan təxminən 35 km/saat sürəti ilə şimala doğru hərəkət edir və tədricən gücünü itirir.

Bir neçə saat əvvəl tropik qasırğa tayfun səviyyəsinə qədər gücləndikdən sonra Çinin Mərkəzi Meteoroloji Xidməti narıncı təhlükə səviyyəsi elan edib.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »