Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Qazprom”un qaz ixracından qazancı iki dəfə azalıb
qazprom

“Qazprom”un 2020-ci ilin yanvar-iyun aylarında qaz ixracından əldə etdiyi gəlirlər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 51,2% azalaraq 11,3 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin materiallarında deyilir.

Hesabat dövrü ərzində fiziki qaz ixracı 17,8% azalaraq 91,1 milyard kubmetr təşkil edib.

O cümlədən iyun ayında qaz ixracı 13,8 milyard kubmetr (aylıq ifadədə 0.9% artım) təşkil edib. Bu isə cəmi 1,13 milyard (May ayından 13% az) ABŞ dolları qazanc deməkdir.

2019-cu ildə “Qazprom” xarici ölkələrə (Çin də daxil olmaqla) 199,2 milyard kubmetr qaz tədarük edib ki, bu da 2018-ci ilin rekord göstəricisindən 1,3% azdır. 2019-cu ildə qonşu ölkələrə ixrac 2,2% artaraq 37,7 milyard kubmetrə çatıb.

Qeyd edək ki, hazırda “Qazprom” Çinə qazı 2019-cu ilin dekabr ayında istismara verilən “Sibirin gücü” kəməri vasitəsilə ixrac edir. Bu kəmər vasitəsilə “Çayadinsk” yatağından hasil olunan qaz nəql olunur.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »