Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minskdə növbəti aksiya başlayır: polis və etirazçılar mərkəzdə toplaşır

Belarusda növbəti prezident seçkiləri geridə qaldı. Mərkəzi Seçki Komissiyası dövlət başçısı Aleksandr Lukaşenkonun yenə qələbə qazandığı elan etdi. Amma müxalif qüvvələr nəticələrin saxtalaşdırıldığına əmindir.

Bizimyol.info xəbər verir ki, dünən Belarusun müxtəlif şəhərlərində etiraz aksiyaları baş tutub. Polis gözyaşardıcı qazdan, səsli partlayıcılardan, hətta güllədən istifadə edib. Bir nəfərin öldüyü, 100-ə qədər insanın yaralandığı bildirilir. Təxminən 3 min etirazçı həbs olunub.

Bu dəqiqələrdə Minskdə növbəti aksiya başlayır. Etirazçılar Nemiqa küçəsinə üz tutur. Polis də şəhərin mərkəzində böyük qüvvə ilə toplaşır. Paytaxtda çox gərgin ab-hava hökm sürür.

Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Mərkəzi Seçki Komissiyasına səsvermənin nəticələrindən şikayətini çatdırıb. Qadın namizədin etiraz aksiyasında iştirak etməyəcəyi bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »