Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putinin toxunduğu qələmi maşın qiymətinə satırlar - Foto

Rusiyanın Soçi şəhərindən olan bir tələbə prezident Vladimir Putinin avtoqrafını və toxunduğu qələmi satışa çıxarıb.

Adının açıqlanmasını istəməyən gənc bunlara 1 milyon rubl (təxminən 14 min dollar) qiymət qoyub.

Bizimyol.info xəbər verir ki, Putinin cəmi bir dəfə toxunduğu qələmin qiymətinə Rusiyada normal avtomobil almaq mümkündür.

Putinin toxunduğu qələmi maşın qiymətinə satırlar - Foto

Qonşu dövlətin başçısı tələbəyə avtoqrafı 2014-cü ildə verib. Altı il əvvəl martın 7-də Paralimpiya oyunlarının açılışında gənc oğlan prezidentin imzasını əldə edə bilib. Bundan sonra qələmə və kağıza toxunmayıb, bunları seyfdə saxlayıb.

Tələbə deyir ki, bir il əvvəl kolleksiyasının vacib elementlərini 450 min rubla sata bilərmiş. Onda yapon iş adamının diqqətini çəkib. Amma tələbə qiymətlə razılaşmayıb. İyulda Putinin toxunduğu beysbol topunu internetdə satışa çıxarmışdılar.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »