Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Komitə sədri məktəblərdə dərslərin keçirilmə qaydalarından danışıb

Koronovirus pandemiyasının mövcudluğuna baxmayaraq, dərslərin müəyyənləşdirilmiş vaxtda başlayacığına şübhə etmirəm.

Bunu “ölkə.az”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, lakin dərslərin necə, hansı formada keçirilməsi şəraitdən asılı olacaqdır.

“Birinci siniflər məktəbə necə getməyə bilər? Məncə, bu, mümkün deyil. Birinci sinif şagirdləri məktəb mühiti və müəllim görməlidilər”- komitə sədrinin müavini qeyd edib.

Millət vəkili bildirib ki, digər siniflər isə bölünərək və tələblərə - sosial məsafəyə riayət etməklə, tibbi maska taxmaqla və gigiyena qaydalarını gözləməklə dərslərini keçə bilərlər:

“Üz-üzə təhsil azala, uzaq məsafədən təhsil arta bilər. Bəzi fənlər üzrə dərslər üzbəüz, bəziləri isə uzaq məsafədən keçirilə bilər”.

Son xəbərlər
Bütün xəbərlər »