Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sərt karantin rejimi dövründə əldə olunmuş müsbət tendensiyanın davamlılığı naminə qaydalara əməl edək”-BŞİH

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir.

Bu qərara uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti qaydaların icrasına nəzarəti həyata keçirəcək”.

Bunu Bizimyol.info-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirib.

Direktor bildirib ki, BŞİH-in iaşə obyektlərində

karantinin qaydaların icrasına nəzarət etmək və monitorinq aparmaq üçün təcrübəsi var: “Şəhərin bütün yerlərində fəaliyyət göstərən ticarət obyektlərində epidemiyanın qarşısını almaq məqsədilə tədbirlər həyata keçirmişik.

Həmin tədbirlər ticarət mərkəzlərində satıcılar və müştərilər arasında sosial məsafənin gözlənilməsinə, karantin rejimi dövründə dezinfeksiya və tibbi profilaktika işlərinə nəzarət həyata keçiriləcək”.

İntiqam Məmmədov bildirib ki sərt karantin dövründə əldə edilmiş nəticələrin tendensiyası pozulmasın deyə vətəndaşlar ticarət obyektləri və vətəndaşlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməlidirlər: “Sərt karantin rejimi dövründə əldə olunmuş müsbət nəticələrin xatırladılması, onların itirilməməsi üçün qaydalara riayət edilməsinin zəruriliyi barədə maarifləndirmə işi aparılmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »