Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko etiraz edənləri “qoyun” adlandırıb

Belarus Mərkəzi Seçki Komissiyası dövlət başçısı Aleksandr Lukaşenkonun növbəti prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəldiyini elan edib. Seçkinin nəticələrinin saxtalaşdırıldığını düşünən kəsimin isə etiraz səsi səngimir.

Bizimyol.info xəbər verir ki, Lukaşenko etirazçıları “qoyun” adlandırıb. O, MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə belə ifadə işlədib. Dövlət başçısı əvvəlcə səsverməni bayram saydığını deyib. Prezident bildirib ki, bayram ovqatını korlamaq istəyənlər olub: “Polşadan, Böyük Britaniyadan, Polşadan zənglər olub, bizimkiləri idarə edirlərmiş. Bağışlayın, bizim qoyunları. Onlar başa düşmür ki, nə edirlər və idarə olunmağa başlayıblar”.

Belarus Mərkəzi Seçki Komissiyası Lukaşenkonun seçkidə səslərin 80.23, onun əsas rəqibi Svetlana Tixanovskayanın isə 9.9 faizini topladığını açıqlayıb. Bundan sonra müxalif namizədin tərəfdarları küçəyə çıxıb. Polis gözyaşardıcı qazdan, səsli partlayıcılardan istifadə edib. Hətta güllə atıldığı bildirilir. Polis maşınının altında qalan bir nəfər – Yevgeni Zaiçkin həyatını itirib. Azı 89 nəfərin yaralandığı açıqlanıb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »