Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu adam 13 dəfə beyin qanaması, 6 dəfə iflic keçirib - Foto

Türkiyənin Aydın vilayətində yaşayan Ferkan Taş adlı şəxsin adı yəqin ki tibb tarixinə yazılacaq.

O 21 yaşından bu yana, yəni 20 il içində 13 dəfə insult, 6 dəfə iflic olub. Saysız- hesabsız sudurğalar, epilepsiyalar keçirən Ferkana hər dəfə doktorlar “öləcək” desələr də, o yaşayıb və bu gün 41 yaşını qeyd edib.

Ferkan Taş

Həkimlərin dediyinə görə, o beyin damarlarında pozuqluqla dünyay gəlib.20 dəfədən çox beyin anjio əməliyyatı keçirib. Son dəfə 2014-cü ildə beyin qanaması keçirən adam bu günə qədər 10 müxtəlif xəstəxanada ümumilikdə 562 gün keçirib.Yaşadığı ağrılar qarşısında Ferkan 41-ci yaşını qeyd etməsini həyatın hədiyyəsi adlandırıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »