Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni nəsil insanlar – Z nəsli, rəqəmsal köçərilər, bumeranqlar...

Sosioloqlar texnoloji inkişaf dövründə yetişən nəsli müxtəlif tiplərə bölürlər. Onların arasında karlilər, Henrilər, Z-lər milleniallar, alfalar və.s var. Bəs onlar kimlərdirlər, keçmiş nəsillərdən hansı düşüncə və həyat tərzləri ilə fərqlənirlər?

Bizimyol.info təqdim edir:

Z nəslini aktiv öyrənən sosioloqlar onlara Carli adını veriblər. Bu Can’t afford real life yet ( Özlərinə əsl həyatı rəva bilməyənlər) ifadəsinin abbreviaturasıdır. Çarli-lər 25 yaşadək olan, başqasının hesabına yaşayan gənc nəsildir. Bununla belə dünyanı dəyişə biləcəklərini hesab edərək, özlərindən sonra nə qoyub gedə biləcəklərini düşünən çirkin və qeyri- adi modanı sevən gənclərdirlər.

NEET ( ni-ni nəsli)

NEET — э Not in Education, Employment, or Training ifadəsindən götürülüb. Bu adamlar nə oxumağı, nə də işləməyi qəbul edirlər.Onlar əsasən varlı ailələrdən çıxmırlar, varlı ailələrin övladlarının həyat tərzinə üsyan olaraq motivasiyalarını itirirlər.Müxtəlif sahələrdə saatlıq muzdlu işlər görərək “başlarını saxlayırlar”.

Bumeranqlar – Qərbdə 16 yaşında ailəsindən ayrılıb, sonra yenidən ailəyə dönən insanlara bumeranq deyilir. Onlar adətən ata- ananın üstündə yük olmurlar, əksinə ailə büdcəsinə qatqıları da var. Sadəcə bir müddət özlərinə iqtisadi dəstək göstərmək üçün müvəqqəti ata yurduna dönürlər.

Tviksterlər- bunlar ailələrindən ayrılmaq istəməyən, böyümək istəməyən gənclərdir. Hətta yaxşı pul qazansalar belə, yenə yaşlı nəsildən asılı vəziyyətdə qalırlar. Valideynlərilə yaşmaqda məqsədləri stressi minimallaşdırmaq və çoxlu boş vaxt əldə etməkdir.

Sinqltonlar- Tənha yaşayan, daha doğrusu tənhalığa üstünlük verən bunu seçən adamlara sinqltonlar deyilir.Bu adamlar seçicidirlər, öz həyat tərzlərini dəyişməyi sevmirlər, bəzən hətta qohumluq və dostluq əlaqələrindən də uzaq dururlar. Davranışlarının əsasında başqalarının rəyi ilə oturub – durmamaq dayanır.Tənha yaşamaq iqtisadi cəhətdən əlverişli olduğu üçün sayları getdikcə artır. Şık geyinib, lüks yaşamaq şansları çoxdur və belə də edirlər.

Rəqəmsal köçərilər

Bu insanlar ofisdə deyil, ciddi işlərini öz evlərindən notbukla görən insanlardır. Beləliklə öz şəxsi həyatlarına, səyahətlərə zamanları çox qalır. Müxtəlif yerlərdən şəkillər paylaşaraq başqalarını qısqandırmağı da bacarırlar. Statistik hesablamalar göstərir ki, tezlikdə inkişaf etmiş ölkələrdə hər üç adamdan biri rəqəmsal köçəri həyatı yaşayacaq. Hazırda Tailan və Balidə onların sayı çoxdur.

Henrilər- High earner not rich yet( yaxşı qazanıb, amma hələ varlana bilməyənlər) yüksək gəlirli millenialları belə adlandırılar. Həyatlarında hər şeyin ən yaxşısını arzulayırlar, bununla belə ancaq maaşdan maaşa prinsipi ilə yaşayırlar. Bütün vəsaitləri gündəlik qayğıya gedir, investisiya yatıra bilmirlər. Belə baxanda elə azərbaycanlılar da belədirlər. Amma maaşlarına yaxşı demək olmaz. Onda bizə başqa bir ad fikirləşək. Sizcə nə?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »