Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı “qanuni oğru” azadlığa çıxdı

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov azadlığa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Belarus Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə R.İsmayılovun vaxtından 8 il tez azadlığa çıxmasına dair qərar verib.

Qeyd edək ki, “Rəşad Gəncinski” 2018-ci ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi. Ötən ilin iyulunda isə Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”nu 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

Onu da qeyd edək ki, Rəşad İsmayılov “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın şəxslərdəndir.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »