Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə mühüm dəyişikliklər ola bilər

“Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə bildirdi ki, iqtisadiyyatımız altı ayda 2,7 faiz aşağı düşüb. Bu itkinin azaldılması üçün 2020-ci ilin sonuna qədər sahibkarlıqla bağlı, habelə dövlət şirkətlərinin idarə edilməsi istiqamətində addımlar atılmalı, iqtisadi canlanma təmin edilməlidir”

Bu sözləri redaktor.az-a millət vəkili Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə haqda danışarkən deyib. O, ölkə başçısnın sahibkarlara olan diqqətini xüsusi vurğulayıb:

“Bilirsiniz ki, sahibkarlıq fəaliyyəti ilə bağlı hazırda hökumətin bir neçə dəstək paketi mövcuddur ki, buraya həm pandemiya dövründə zərər çəkmiş sahələrə yardımlar, həm də inkişafı təşviq edilən sahələrə subsidiya və digər formada dəstək daxildir. İqtisadi sistem elədir ki, münbit şərait formalaşdırmaqla, habelə, dövlət dəstəyi ilə özəl sektor müəyyən perioddan sonra canlanacaq, bazar özü-özünü tənzimləyəcək. Prezident açıq formada bildirdi ki, sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir”.

B. Məhərrəmov Prezident İlham Əliyevin dövlət şirkətləri ilə bağlı səsləndirdiyi fikirlər haqqında da danşıb:

“Dövlət şirkətləri ilə bağlı məsələdə vəziyyət fərqlidir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləmir, fəaliyyətə nəzarət qənaətbəxş deyil, hətta çox aşağı səviyyədədir. Əlbəttə, əgər dövlət başçısı ilin sonunadək iqtisadi canlanma hədəfləyirsə, bu o deməkdir ki, köhnə qaydalarla davam edilməyəcək, ciddi dəyişikliklər qaçılmaz olacaq. Bu mənada, şəxsən mən o qənaətdəyəm ki, çox ciddi proseslər ərəfəsindəyik. Əgər narazılıq dövlət başçısı səviyyəsində dilə gətirilibsə, deməli, dövlət şirkətlərində ciddi yoxlamalar aparılacağı, həmin şirkətlərin rəhbərlərinin, yaxud ayrı-ayrı vəzifəli şəxslərinin işdən azad edilməsi, hətta həbsləri istisna deyil. Məhkəmə qərarı olmadan kimisə ittiham etmək istəməzdim, lakin dövlət başçısını narazı salan məqamlar onu göstərir ki, ortada korrupsiya cinayətlərinin əlamətləri mövcuddur və bu əlamətlər öz təsdiqini taparsa, məsələyə hüquq müstəvisində aydınlıq gətiriləcək”.

Millət vəkili dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunub:

“Prezident İlham Əliyev çıxışında çox vacib bir nüansa toxunaraq bildirdi ki, bir sıra sahələrdə dövlət-özəl sektor tərəfdaşlığı mümkündür. Bu çox ciddi siqnal olmaqla, ya dövlət şirkətlərinin özəlləşdirilməsi, ya da bu şirkətlərin səhmlərinin bir hissəsinin özəl sektora ötürülməsi, yaxud həmin şirkətlərin gördüyü işlərin, yaxud göstərdiyi xidmətlərin paralel olaraq özəl sektora da təklif edilməsi, habelə, bazarda alternativ yaratmaqla sağlam rəqabət mühitinin formalaşdırılması şəklində reallaşa bilər.

Bir daha deyirəm ki, ortada ciddi siyasi iradə var, dövlət şirkətləri artıq əvvəlki dövrlərdə olduğu kimi, kortəbii və şəxsi ciblərə işləməyəcək, qeyri-şəffaf maliyyə hesabatlılığına son qoyulacaq, bu günə kimi törədilmiş pozuntular isə hüquq müstəvisində qiymətləndiriləcək, oğurlanmış pullar büdcəyə qaytarılacaq. Bir məqamı da qeyd edim ki, əslində problem dövlət başçısı tərəfindən dilə gətirilənə qədər aidiyyatı nəzarət orqanları bu məsələləri aşkarlamalı idi. Əgər bu indiyədək aşkarlanmayıbsa, həmin nəzarət qurumları da heç şübhəsiz ki, biganəlik və hərəkətsizlik göstərməklə yaranmış xoşagəlməz vəziyyətə görə məsuliyyət daşıyırlar”.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »