Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kilian Mbappe komanda ilə məşqlərə başladı

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe zədəsini sağaldıb.

"Report" RMC nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu komanda ilə məşqlərə qoşulub. Forvard gözləniləndən daha tez müddətdə bərpa olunur.

Qeyd edək ki, Kilian Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. Hücumçu cari mövsüm 34 oyunda meydanda olub, 30 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq. Matç Portuqaliyada gerçəkləşəcək.

Son xəbərlər
Bütün xəbərlər »