Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus paytaxtında qanlı etirazlar: Lukaşenkonun hakimiyyəti əldə saxlaması çətin görünür

Belorusda keçirilən Prezident Seçkilərində Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.

Bizimyol.info PlaneFinder saytına istinadən xəbər verir ki, Prezident Aleksandr Lukaşenkonun təyyarəsi isə səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxıb. EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilirdi.

Maraqlıdır ki, səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var. Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir.

Etirazçıların qarşısını almaq üçün OMON qüvvələri küçələrə çıxıb. Toqquşmaların olduğu və yaralıların sayının get- gedə artdığı bildirilir.Etirazçıları dağıtmaq üçün OMON-un rezin güllələrdən, bibər qazı və təzyiqli sudan istifadə etdiyi qeyd olunur.Paytaxtın bir neçə yerində güclü partlayış səsləri eşidilib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »