Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başlanıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Axalkalaki şəhərində ötən axşam baş verən qarşıdurmalarla bağlı istintaqa başlayıb.

“Report” xəbər verir ki, istintaq qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahın əldə olunması və saxlanması, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunan qrup halında zorakılıq maddələri üzrə aparılır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahlı qanunsuz əldə etmədə təqsirli bilinən 1983-cü il təvəllüdlü şəxs saxlanıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanan şəxs mübahisə zəminində 1993-cü il təvəllüdlü şəxsi odlu silahla ölümcül yaralayıb. Gənc xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib. Qətldə şübhəli bilinən şəxsin üzərində axtarış zamanı odlu silah maddi sübut kimi müsadirə edilib.

Hazırda qrup halında zorakılıqda iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Axalkalakidə gəncin qətlə yetirilməsindən sonra şəhərdə küçə qarşıdurmaları baş verib. Nəticədə 4 ev və 1 oteldə dağıntılar törədilib, binalar yandırılıb. Bir neçə avtomobilə ciddi ziyan vurulub. Axalkalakiyə əlavə polis qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »