Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda seçki gərginliyi: internet kəsilir, küçədə müxalifləri həbs edirlər

Belarusda növbəti prezident seçkiləri keçirilir. Aleksandr Lukaşenko 26 illik hakimiyyətini davam etdirməkdə israrlıdır. Seçki günü yetərincə gərgin keçir.

Bizimyol.info xəbər verir ki, paytaxt Minskdə günortaya doğru internet kəsilməyə başlayıb. İnsanların seçki qanunsuzluqlarını çəkib sosial şəkələrdə paylaşılmasına bu cür mane olmağa çalışılır.

Bir çox xarici media orqanlarının əməkdaşlarına akkreditasiya məsələsində imtina cavabı verilib. Buna baxmayaraq, Minskdən xəbərlər gəlməkdə davam edir. Küçədə müxalif insanlar həbs olunur. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya mənzilini tərk edərək, daha təhlükəsiz yerdə məskunlaşmalı olub. Onun seçki qərargahının rəhbəri Mariya Moroz həftə ərzində ikinci dəfə həbs edilib. Bir neçə dəqiqə əvvəl polis onu sərbəst buraxaraq, səhv edildiyini bildirib.

Müxalifət seçkilərin saxtalaşdırılacağına şübhə etmir. Seçki məntəqələrinə gələnlərdən telefonları yığmağa başlayıblar. Çünki insanlar səs verdiyi bülletenlərin fotosunu çəkərək müxalifətin yaratdığı xüsusi sayta – “Qolos”a yerləşdirirlər. Hakimiyyət telefonlara icazə verməyərək bunun qarşısını almağa çalışır.

Seçki məntəqələrində müxalif insanların bülletenlərini əvvəlcədən sıradan çıxarmağa çalışırlar. Bunun üçün Lukaşenkonun adının qarşısında nöqtə qoyulur. Başqa namizədə səs verilərsə, sonradan həmin nöqtə “X” işarəsinə çevriləcək, beləcə, bülleten etibarsız sayılacaq.

Minskdə avtomobillər dayanmadan siqnal səsi verərək Lukaşenkoya etiraz edir. Minskə çoxlu hərbi texnika toplanıb. Küçələrdə avtomatlı əsgərlər gəzişir.

Son xəbərlər
Bütün xəbərlər »