Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda COVID-19 xəstələrinin olduğu hoteldə yanğın: 7 ölü, 15-dən çox yaralı - Video

Hindistanda koronavirus xəstələrinin karantində qalması və müalicə olunması məqsədilə istifadə olunan “Svarna palas” hotelində baş vermiş yanğın nəticəsində azı 7 nəfər dünyasını dəyişib, 15-dən çox insan yaralanıb.

Bu barədə “NDTV” telekanalı xəbər verib.

Yanğın Andxra-Pradeş ştatının Vicayvade şəhərində baş verib.

"Hadisə nəticəsində yeddi nəfər həlak olub, 15-20 nəfər xəsarət alıb. Onları təcili xəstəxanaya aparıblar. Onlardan ikisi-üçü kritik vəziyyətdədir”, - telekanal yerli polisin sözlərini sitat gətirir.

“NDTV” bildirir ki, yanğın pasiyentlər arasında çaxnaşmaya səbəb olub, onlardan bir neçəsi həyatını xilas etmək üçün özünü binadan atıb. Ümumilikdə müəssisədə 22 pasiyent müalicə olunurdu.

İlkin məlumata görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub. (Qafqazinfo.az)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »