Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevirdə ev, Masallıda tövlə yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in məlumatında bildirilir ki, daha bir yanğın Masallı rayonunda baş verib. Rayonun Babaser kəndində ümumi sahəsi 28 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və damına yığılan 5 ton ot bağlamasının 1,5 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »