Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 170-i keçib

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 172 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bundan əvvəl 142 nəfərin xəsarət aldığı bildirilmişdi.

“Xəsarət alan 55 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 117 yaralıya yerində tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »