Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Girov götürülərək işgəncə verilən Azərbaycan vətəndaşının ailəsindən pul tələb edirlər
80d9919ecc9e737950a326cfe9b5f3a3

Azərbaycan vətəndaşı Ələkbərov Ələkbər Rövşən oğlu girov götürülüb. Ona işgəncə verərək ailəsindən pul tələb edirlər.

Bu barədə Ələkbər Ələkbərovun ailə üzvləri məlumat verib.

Məlumatda bildirilir ki, 1983-cü il təvəllüdlü Ələkbər Ələkbərovun Özbəkistanda və ya Qazaxıstanda girov götürüldüyü ehtimal edilir. Onun ailə üzvlərinə bu barədə dəqiq məlumat verilməyib.

Ələkbər Ələkbərov

Musavat.com bu barədə adı çəkilən hər iki ölkənin səfirliyi ilə əlaqə saxlayıb.

Özbəkistan səfirliyindən bildirilib ki, Ələkbər Ələkbərovun həmin ölkəyə daxil olması barədə rəsmi məlumat yoxdur. Amma buna baxmayaraq araşdırma aparılır.

Qazaxıstan səfirliyindən də bildirilib ki, artıq hadisə barədə məlumatlıdırlar və araşdırma gedir. Səfirlik tərəfindən Qazaxıstanın rəsmi qurumlarına müraciət edilib. Ələkbər Ələkbərovun Qazaxıstana daxil olması ilə bağlı hələ ki rəsmi məlumat təsdiqlənməyib.

Yaxınları deyir ki, Ələkbər Ələkbərov böyük ehtimalla Özbəkistandadır. Onun Qazaxıstandan Özbəkistana qonaq getdiyi, orada girov götürüldüyü bildirilir.

Ələkbər Ələkbərovun hansı səbəbdən girov götürülməsi barədə dəqiq məlumat yoxdur. Sadəcə onun ailə üzvlərinə göndərilən səs yazılarında və video görüntülərdə ona işgəncə verildiyi məlumdur.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
Son xəbərlər
Bütün xəbərlər »