Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »