Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində tarixi qala divarı uçub, 4 nəfər xəsarət alıb

Çinin Sian şəhərində Min sülaləsi (1368-1644-cü illər) şahzadəsinin iqamətgahının qoruyucu divarının bir hissəsi uçub.

Son günlər yağan şiddətli yağışlar 2009-cu ildə restavrasiya olunmuş 20 metr hündürlüyündəki divarın çökməsinə səbəb olub. Hadisə nəticəsində avtobus və 3 fərdi avtomobilə ziyan dəyib, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Min sülaləsinin şahzadəsi Çinin rəsmi iqamətgahının divarlarının ümumi uzunluğu 2158 metrdir. İqamətgah və onun qala divarlarının qalıqları vilayət səviyyəsində qorunan vacib tarixi abidədir.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »