Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - Video
5abb898c16a72_big_1522238406_mudafie-nazirliyi

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə polkovnik Mehman Gülməmmədov gənc əsgərlərin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı istiqamətində keçirilən dərs və məşğələlərdən danışıb.

Gənc əsgərlər adından çıxış edən Valeh Əsədov hərbi andı qəbul etmələri münasibətilə sevincli və qürurlu olduqlarını bildirib, nümunəvi xidmət edəcəklərinə və döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz verib.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyi bir vaxtda gənc əsgərlər hərbi andı qəbul edərək Ordu sıralarında peşəkar döyüşçü kimi yetişəcəklərinə söz verirlər. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirən hərbçilərimiz kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »