Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kafedə ad günü məclisi təşkil edənlər cərimələniblər

Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar. Belə ki, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədəm kafenin  ahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində

Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib

edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan

materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »