Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycana yönəlmiş təcavüzlə Türkiyəni müharibəyə çəkmək istəyirlər...”

Türkiyə Suriyada, Liviyada, İraqın şimalında fəaliyyətlərinə davam edərkən son olaraq Azərbaycan-Ermənistan qarşıdurması ilə yeni toqquşma bölgələrinə, kirli ittifaqlara sürüklənmək istəyir.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının keçmiş şöbə rəisi, istefada olan polkovnik Unal Atabay bildirib.

O deyib ki, Türkyənin qarşısında Liviya ilə dəniz maraq zonasının müəyyən edilməsi və qorunması, Yunanıstanla Misirin Ağ dənizdə əngəlləyici həmlələrini dəf etmək, öz maraqlarını qoruyaraq qeyri-legitim ittifaqları pozmaq vəzifəsi dayanır. Atabay hesab edir ki, son hadisələr Liviyada Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsində olduğu kimi anlaşma əldə edib atəşkəsə nail olmaq, nəticədə bölünmüş Liviya yaratmaq və Həlifə Haftarın tərəfində yeni fiqur ortaya atmaq planlarından xəbər verir.

Onun fikrincə, Liviyada bu status-kvonu təmin etmək üçün İdlibdə Türkiyəyə təzyiq cəhdləri var. O cümlədən Fırat çayının şərqində YPG və Əsəd qüvvələrinin ortaq təhdidi ilə Türkiyəni müdaxiləyə sövq etmək, nəticədə yeni cəbhə açmaq istəyirlər.

“Eləcə də Ermənistanın Azərbaycana yönəlmiş təcavüz və hücumları ilə Türkiyəni Azərbaycanda da müharibəyə çəkmək məqsədi güdülür. Türkiyə kirli oyunlara qarşı hər cür şərtlər və risk altından rahatca çıxa, eyni vaxtda bir çox cəbhədə mübarizə apara bilər. Türkiyə Silahlı Qüvvələrinin bu qabiliyyəti ordumuzun tarixi köklərindən və yüzillərə dayanan döyüş təcrübəsindən qaynaqlanır”,-istefada olan polkovnik deyib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »