Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qaydalara əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq”

“Virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq.

“Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Bu insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »