Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyruta azot gətirən gəmi barədə məlumat yayıldı

Moldovanın “Rhosus” şirkətinin Beyrutda ammoniumu müsadirə edilən gəmisi 2018-ci ildə Livan paytaxtınının limanında batıb.

“Report” xəbər verir ki, “The New York Times” gəmilərin hərəkətinin peykdən izlənilməsi görüntülərinə əsasən belə məlumat yayıb.

Bildirilib ki, Moldova bayrağı altında üzən gəmi Batumidən 2,75 min ton ammonium nitratı Mozambikə daşıyırmış. Selitrin Gürcüstanın Rustavi şəhərindəki “Azot” zavodunda istehsal edildiyi ehtimal olunur.

2013-cü ilin oktyabrında “Rhosus”un gəmisi istismar qaydalarını pozduğu üçün Beyrutda limanda həbs edilib.

Məlumata görə, gəmi Beyruta plandankənar daxil olub. 2015-ci ildə gəmidə yük olmayıb, 2018-ci ildə limanın şimalında batıb.

Qeyd edək ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında partlayış olub. Hadisə nəticəsində 157 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »