Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu millətə nə verdik ki...

M.Ə.Rəsulzadə Əhməd bəy Ağa oğlu haqda belə demişdi: "O zamankı qızğın illərdə onun qədər heç bir kəs milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır... "

Bu fikri yazmaqda əsas məqsədim odur ki, şəxsiyyətin elminə, hünərinə, məslək və əqidə yolunda, milləti naminə etdiyi fədakarlığa bir dahinin. digər dahiyə verdiyi dəyərdi! Ədalət haqda uzun-uzadı danışmaq əvəzinə, dəyər və ədalətin tərifinə bu kəlamı qeyd etmək yetər.

İllər öncə keçmiş Təhsil naziri M.Mərdanov nazirliyin kollegiya iclasında körpələr evi və uşaq bağçasının satılması ilə bağlı məsələyə təəssüf etdiyini qəzetdən oxudum. Mətbuatda uşaq bağçasının satılması faktına etirazımı bildirdim. Hecə olur ki, özü də Bakı şəhərində uşaq bağçalarına ehtiyac olduğu halda Təhsil nazirıiyinin balansında olan dövlət müəssisəsi kiməsə satılır, cənab nazirin bundan xəbəri olmur, hələ bir üstəlik də heç bir səlahiyyəti olmayan şəxs kimi satılan dövlət obyektinə təəssüflə yanaşır. Nazir geniş səlahiyyəti, çoxsaylı komandası, nazirin əmrinə tabe olan idarə şöbə, sektor istənilən an nazirin hələ imzaladığı əmri demirəm, ən azından şifahi göstərişini belə dərhal məmurlar icra edirlər. Sual olunur: "Qanun pozuntusu faktı varsa niyə prokurorluq və ya məhkəməyə müraciət edilmir, bəlkə məhkəməyə rüsum ödəməyə pulları yoxdu?!" Zəruri məcburiyyətdən yaranan və irəli gələn, eləcə də yuxarıda qeyd etdiyim təhsilə, millətin taleyinə, habelə gələcəyinə əsaslı təsir gücünə malik olduqca belə mühüm əhəmiyyətli bir sahəyə iki təzadlı yanaşmanın, təhsilə olan münasibətin və bu sahəyə rəhbərlik edən vəzifəli şəxsin, "bu millətə nə verdik ki... " - mərhum M.Araz demişkən fərqini varmağı oxucuların ixtiyarına verirəm.

Atam, İslam Əliyev Ağdam rayon maarif şöbəsinə (indi təhsil idarəsi adlanır) rəhbərıik edirdi. 1972-ci ilin mart ayından etibarən təşəbbüs göstərərək 32 min 500 şagirdə Azərbaycan təhsilində ilk dəfə olaraq pulsuz dərslik kitabının verilməsinə nail olur. Bundan sonra İslam Əliyev kimlərin hücumuna məruz qalır, necə çətinliklərlə qarşılaşır. Birincisi, mərkəzə xəbər çatır, ikincisi DQMV-nin birinci katibi(?!) rayonda komissiyaya(?!) rəhbərlik edən B. Gevorkov yoxlama zamanı bu faktı araşdırır ortalığa vəzifədən sui istifadə etmə, mənimsəmə, talama, oğurlamaq, qamarlamaq faktı aşkar edilmir. Daha sonra mərhum akademik, nazir M. Mehdizadə, MK-nin məsul işçisi, habelə mərhum Lidya Rəsulova rayonda məlum faktla bağlı yoxlamada olarkən nə millətə, nə də dövlətə ziyan vuran, büdcəni oğurlayıb talayan bir fakt aşkarlanmır. Nazir M. Mehdizadə və L. Rəsulova faktı araşdırarkən muəyyən edirlər ki, kolxoz və sovxozun mərkəzə, yəni Rusiya Fedarasiyasına göndərilən tədarükünü müəyyən bir hissəsinin millətinin (pafosdan tam fərqli-H Ə.) balalarına sərf edilməsi komissiya üzvlərinə aydın olur.

Akademik M.Mehdizadə haqqı ədaləti hər şeydən üstün tutaraq dahi Üzeyir bəyin kəlamını xatırladır: "Millətdən yığılan pul millətin özünə sərf olunmalıdır"! - deyə, bildirir və "İslam müəllim hec bir pis iş görməyib, hələ biz ona sağ ol deməliyik". Hörmətli oxucular bir daha qeyd etdiyim kimi fərqi və qiyməti özünüz verin.

Qayıdaq Təhsil Nazirliyində satılan uşaq bağçası faktına. Milli Məclisin üzvü cənab F.Mustafanın "Modern. az." saytında 11. 05.2020-ci il tarixdə "Deputatdan nazirə ittiham: Bazar və yeməkxana mədəniyyəti" başlıqlı yazısını nəzərdən keçirdim. Yazı müəllifi Mədəniyyət nazirliyinin balansında olan, xüsusən də Zabrat qəsəbəsindəki musiqi məktəbi, kitabxana binasının dağılmış vəziyyətdə olduğunu yazır. Nazirliyin tabeliyinə aid digər sahələrin də maddi- texniki strukturunu yeniləmək əvəzinə dağıdıldığını qeyd edir. 1918-ci il Əliheydər Qarayevin baxışı ilə 2018-cı il Ə. Qarayev baxı şı arasında hansısa fərqin olmadığını görmək yaxşı ki, bizə müyəssər olduğunu vurğulayır.

Açığı bildirmək istəyirəm ki, belə cəsarətlə mətbuatda fikirlərini geniş auditoriya ya bəyan etmək son illər xüsusən də rəsmilər sırasında və nazir haqda belə kəskin tənqidi münasibətlə az-az hallarda rastlaşırıq. Zənnimcə, təhsil, səhiyyə, dövlət dəmir yolu eləcə də dövlətə məxsus digər sosial obyektlərin illər öncə təyinatdan kənar "halal" yolla bazar malı kimi satılması faktları mövcud olduğu halda, rəsmilər həmçinin də deputatlar hansı səbəbə görə isə sözügedən məsələlərə öz münasibətlərini bildirmək əvəzinə, susmağa üstünlük vermişlər. Susanlar, gözləmə mövqeyində duranlar, növbəti mərhələdə vurulacaq vəzifəli şəxsin işlədiyi müddətdə milləti, ölkəsi üçün yararlı olub - olmamasının fərqində deyillər. Onları düşündürən və maraqlandıran əsas məsələ odur ki, hədəfə alınmış həmin vəzifəli şəxs bu oyundan necə çıxacaq?! Yəni, udacaq, yoxsa uduzacaq? Susanlar, düşünənlər, tutqun sifətlər, sığallı tellər, alışıb yanan gözlər, çatılan qaşları dürüst oynayıb uduzmaqdansa, çirkin oynayıb qalib gələnlərə meyl göstərir, dolayısı ilə onun tərəfində olduqlarını nümayiş etdirmiş olurlar. Qınamayın onları hörmətli oxucular. İllər öncə, digər dövlət qurumlarında da eyni ilə belə neqativ faktlar məlum idi. Müəmmalı və təəccüb doğuran odur ki, bütün sadalanan qanunsuz faktlar və rəqəmlər, görəsən, əcəba yalnız “Mədəniyyət Nazirliyi”nəmi aiddir?! Şübhəsiz ki, xeyr! Təhsil, səhiyyə, rabitə, ekalogiya, dövlət dəmir yolun keçmiş rəhbər şəxslərinin aqibətlərinin, yəni onlar vəzifələrindən azad olduqdan sonra rəhbərlik etdikləri dövrdə dövlətə məxsus sovet dövründən miras qalmış sosial obyektləri həmin kəslər satılmasında maraqlı olmuşlar.

Uzun çəkən fasilədən sonra sözügedən məsələ ilə bağlı rəsmilərin münasibətlərində göstərmiş olduqları susqunluğu və sükutu cənab F.Mustafa pozmağa müvəffəq oldu. O, “Mədəniyyət Nazirliyi”ndə sosial obyektlərin satılmasını, büdcə vəsaitlərin mənilsənilməsi faktlarını aşkarlayaraq məlum sayt vasitəsilə ictimailəşdirdi. Millət vəkili F.Mustafanın “Mədəniyyət Nazirliyi”nin Buzovna qəsəbəsində kinostudiyanın balansında olan "Ekran" uşaq istirahət düşərgəsinin dəyər-dəyməzinə satıldığını bildirir.

Yeri gəlmişkən, bir faktı diqqətinizə çatdırım. "Dövlət Dəmir Yolu İdarəsinin" balansında istirahət, qonaq evi, sanatoriya var idi. Həmin istirahət və qonaq evinin icarə və ya satılması üstündə qalmaqal, çəkişmə maraqların toqquşması baş vermişdi. Din-in təhqiqat, istintaq idarələrində Dövlət obyektini bölə bilməyənlər haqda məlumatları "Space" telekanalından izləmişdim. Dövlətə məxsus sosial sahəyə aid olan, daha dəqiq desək sanatoriya, uşaq istirahət düşərgələrinin bu gün həmin sferaya əhalinin, həmin dövlət müəssisəsində işləyənlərin ailə üzvləri, keçmişdə işləmiş buna oxşar təşkilatlarda çalışan yüzlərlə, minlərlə əməyi olan, haqqı keçən vətəndaşlarımız illər uzunu əmək sərf etdikləri müəssisələrə aid sanatoriyada istirahət etmək hüququndan həm özləri, eyni zamanda da ailə üzvləri əbədi olaraq dincəlmək və istirahət hüquqlarını itirmiş oldular. Büdcədən ayrılan vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinə yönəlirsə yuxarıda qeyd etdiyim "Dövlət Dəmir Yol İdarəsinə" aid sosial müəssisələr niyə özgənin xüsusi mülkiyyətinə çevrilməlidir?! Təhqiqat və istintaq idarələrinin məsul şəxsləri mətbuatda yazılan, telekanallarda səslənən süjetlərin axırı minlərdən biri kimi mənim üçün də qaranlıqlı qaldı. Dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri də məhz bu sferada təkmilləşməyə və şəffaflığın təmin edilməsinə dövlət başçısı xüsusi önəm verir. Bəzi ağzı göyçəklər məni qınaya bilərlər ki, özəlləşmə həyata keçirilib. Din-in nəzdində olan uşaq və yeniyetmələr üçün istirahət düşərgəsi hazırda olduqca gözəl və müasir tələblərə uyğun olaraq fəaliyyət göstərir. Görəsən , dövlət dəmir yoluna məxsus istirahət və qonaq evini satanlar habelə həmin qalmaqallı işin təhqiqatın, istintaqını aparan əməkdaşları dəmiryolçulara məxsus istirahət və qonaq evini öz sahibinə, yəni gecə-gündüz dəmir təkərlər üstündə əhaliyə xidmət edənlərin ixtiyarına verildi?

Cənab F.Mustafa MM-in mədəniyyət komitəsinin sədr müavinidir, eləcə də təcrübəli hüquqşünasdır. O, mədəniyyət nazirliyində özünün dediyi kimi olub-bitənlərlə tanış olduqdan sonra bu qədər büdcə vəsaitlərinin mənilsənilməsini, ayrılan vəsaitlərin araşdırma aparıldığı təqdirdə kino istehsalı zamanı ayrılan büdcənin 50-60%-nin kino idarəsinə çatdırılmadan mənimsənilməsi faktından tutmuş, kitabxanaların kinostudiyaya məxsus 4-5 hektar torpaq sahəsinin satılmasından söz açır. Sadalanan faktlardan məlum olur ki, sözügedən nazirliyin maddi-texniki bazası dağıdılmışdır. Nazirliyin ayrı-ayrı sahələrinə, bütövlükdə mədəniyyətimizə nazirliyin alış-veriş bazarı millət vəkilinin qeyd etdiyi kimi büdcə vəsaitlərinin mənilsənilməsini təkzibedilməz faktlarla açıb çoxsaylı oxucuların nəzərinə çatdırır. Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini F. Mustafanın "Mədəniyyət Nazirliyinin" bir buxov kimi mədəniyyətin potensialına ağır zərbənin nazirin idarəetməsi nəticəsində vurulduğunu qeyd etmişdir.

Milli məclisin üzvünün qeyd etmədiyi və müəllifin şəxsi qənaətinə görə mühüm və olduqca vacib bilavasitə mədəniyyət nazirliyinə bağlı olan, unudulan, baxımsız qalmış Alban abidələri və məbədləri (istisna kimi Şəki, Kiş məbədi) faktiki olaraq mühafizəsiz, bərpasızdır. Bu gün əcdadlarımızın, tariximizin, kökümüzün yeganə nişanəsi görün hansı vəziyyətdədir?

Ermənilər Şuşada, Laçında, Kəlbəcərdə bütün işğal etdiyi ərazilərimizdə ərəb xilafətindən əvvəl mövcudluğunu bu günə kimi qoruyub saxlamış, qədim Alban abidələrini haylara "məxsus" olduğunu, bərpa təmir işləri apararaq dünya ictimaiyyətini aldadırlar. Qarabağa aid 100-ə yaxın sayt açaraq məkrli niyyətlərini hiyləgərcəsinə həyata keçirirlər.

İrəvanda Qarabağa gələn əhali və erməni lər özləri ilə gətirdiyi əcnəbi turistləri, xarici ölkə vətəndaşlarını qeyd etdiyim Alban məbədlərin, kilsələrin nümayiş etdirməklə davamlı və mütəşəkkil bu işlərlə əvvəlcədən planlaşdırılmış ardıcıl surətdə idioloji eyni zamanda erməni kilsəsinin, erməni siyasilərin, xüsusən də erməni lobbisinin formalaşmış koordinasiyası maliyyə şəbəkələrinin məqsədyönlü fəaliyyətini sosial şəbəkələrdə nümayiş etdirirlər. Təəssüf doğuran odur ki, gələn turistlər aydın məsələdi ki, nə etnoqrafdı nə də toponomiya üzrə mütəxəssis. 0na görə də dağı da, dərəsi də çayların türkçə yazılan səslənən adları uydurduqları erməni adını versələr də, misal üşün Qarabağa gətirilmiş polşalı turist Alban məbədinə tərəf yönəlir qədim qalanın önündə, ətrafında, ərazisində sonradan basdırdığı lövhənin qarşısına gətirib tamaşa etdiyi qədim məbəd və kilsənin saxta, uydurma, hiyləgərcəsinə "erməni qriqorian" tarixinə aid olduğunu lövhədə erməni yalanlarla gətirdikləri, xüsusən də xristianlara özlərini guya mənsub olduqları dinə sadaqətli olduqlarını sübut etməklə yanaşı vidio və foto şəkilləri dünyanın hər yerinə, Antarktida və Qrelandiyadan başqa hər guşəsində yaşayan sakinlərin beyinlərini doldurmağa sərf edirlər. Demək olmaz ki, istək və arzularına çata bilmirlər. Əlbətdə 28 ildi ermənilər məqsəd və məkrli planlarını həyata istədikləri kimi keçirə bildi. Zamanında istər dövlət, istərsə də millət olaraq tariximizi, kökümüz özündə ehtiva edən qədim Alban məbədlərin, kilsə və abidələrinə olan bilgisizliyimiz və bundan irəli gələn biganəliyimiz tariximizin daş, qan yaddaşını baxımsız "tənha" qoydu. İndi də ermənilər baxımsız, unudulan Alban abidələrimizə yiyə çıxıb özlərinə güvənərək özlərinə heç bir bağlılığı olmasa da belə ustalıqla min bir don geyindirərək saxtalaşdıraraq dünyaya həmin abidələrin erməniyə məxsus olduğunu bəyan edirlər.

Böyük mütəfəkkir əslən Şuşalı fikir babamız Mir Möhsün Nəvvabin erməni xislətini açıb göstərən, onların millətimizin başına gətirdiyi, daha sonralar da gətirəcəyi bəlalardan bizləri hər an ayıq-sayıq olmağa səsləsə də müdrük şəxsiyyətimizin dəyərli nəsihətləri dən lazımınca ölçü çıxarmadıq, acı təəssüflər olsun ki, ibrət götürmədik, düzgün dərs almadıq. Bağışla bizi Əziz babam, məzarın erməni əsirliyində qalıb. Qoruya bilmədik Vətənimizi ! Ruhun qarşısında hələ də xəcalət çəkərək yaşayırıq! Köksündə vətən dərdini çəkənlər isə yaşamır!!!

M.M.Nəvvabin nəsihətindən indiki zamanda düzgün nəticə çıxara bildikmi?! Müdrükün dəyərli kəlamlarından irəli gələn suallara əməli işlərimizlə cavab verməyə qadirikmi?! Qayıdaq bu günümüzə. “Mədəniyyət Nazirliyi” müstəqillik bərpa edildikdən sonra cənab nazir rəhbərlik etdiyi dövrdə yəni bu son 15 ildə ermənistanla sərhəd ərazilərimizdə uçmaq, dağılmaq təhlükəsinə məruz qalmış hansı Alban məbəd və abidələrimizin yenidən qumaya, bərpaya zəruri ehtiyacının olduğunun fərqinə görəsən heç varıbdımı?! Məmləkətimizdə ən möhtəşəm tikili, qala və abidələrimiz Kiçik və Böyik Qafqaz sıra dağlarında kökümüzün, tariximizin salnaməsini yaşadan Alban abidələrimizin eləcə də sonrakı tarixi dövrə aid abidələrimizin bu günkü vəziyyətinin, əsaslı bərpaya, təmirə ehriyacın olduğunu görəsən heç düşünürlərmi?!

Ötən ay Ağdamda yasa getmişdim. Ərk etdiyim bir soydaşımdan məni Xindırıstan kəndinə satiramızın banisi Qasım bəy Zakirin evini ziyarət etməyə miniklə aparmağımı xahiş etdim. O, mənə əsəbi halda bir az da tənəli cavab verdi: “Bəs sənin xəbərin yoxdu, ev nəzir, muzey hardadı, çoxdan dağılıb uçub, rəhmətliyin oğlu”- onun verdiyi xəbər mənə gözlənilməz zərbə təsiri kimi dəydi, həm də sarsıldım. Özüm-özümə sual verərək, bəs kənd camaatı, ağsaqqalı, bələdiyyəsi, icra hakimiyyəti nə iş görür, hara baxır, nədən belə olsun?! Bu suallar həmçinin də “Mədəniyyət nazirliyinin” regional idarələrinə aiddir. Milləti naminə, rəiyyətinin müdafiəsinə canını əsirgəməyən, ədəbi fikir tariximizdə müstəsna xidməti, mövqeyi, rolu olan, əsl cəsarət sahibinə, İrandan gəlmə çar Rusiyası çinovniklərinin hesabına arxalanan, rütbə qazanan erməni dığasına ədib satirasında “Görsən tanımazsan yarımsaqqalı, çıxıb əndazədən dövləti malı, o ki tutub özün keçəl qurumsaq" - deyən Kişi qeyrətli şairə, ədibə doğma yurdu Qarabağda satiranın banisinə qarşı belə münasibət, bu cür qiymət, belə şəxsi keyfiyyətlərə sahib olan ədibə, tarixi şəxsiyyətimizə sapı özümüzdən olan baltaların vurduğu növbəti balta zərbəsinə bənzədirəm.

Mədəni irsimizdən söz düşmüşkən “Mədəniyyət Nazirliyin” sözügedən idarəsinin rəisi Zakir Sultanov mədəni irsimizə ayrılan dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinərək həbs edilb.

Yazı müəllifi ölkənin birinci Vitse-prezidentinə Xanım Mehriban Əliyevaya etdiyi müraciət 26.04.2017-ci il tarixində sözügedən nazirliyin müvafiq idarəsi tərəfindən adıma cavab məktubu göndərilmişdi.

Ölkənin mədəni irsinə ayrılan küllü miqdarda büdcə vəsaitlərini mənimsəmsəməklə talamaqla məşğul olduqları üçün çarəsiz qalmış vətəndaş da bu yüksək vəzifə tutmuş məmurlardan imdad gözləyir.

Mədəni irsin qorunması və mühafizəsi departamentinin rəhbəri Zakir Sultanovun nə vecinə ki, Bakıda S. S. Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin yaşadığı ev söküldü-dağıldı, xatirə lövhələri hara atıldı?!

Başına döndüyüm Azərbaycana fayda verə bilirikmi?! Biz bu millətə.. nə verdik ki...?! Vətənin qədrini bilən, millətinə gərəklı olan Vətəndaşa verilən ən qiymətli mükafatı ona verilən Dəyərdi...

Hikmət Əliyev Hikmət Əliyev, Azərbaycan jurnalistlər birliyinin üzvü.
Son xəbərlər
Bütün xəbərlər »