Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistana məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi zamanı 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb
Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.

APA “ANI” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.

“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »