Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kadırovun gəlirləri 140 milyona yaxın artıb
Ramzan Kadırov

Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun gəlirləri təxminən 20 dəfə artıb. “Qafqazinfo” bildirir ki, bu barədə respublika başçısının saytında yerləşdirilmiş bəyannamədə deyilir.

Belə ki, 2019-cu il yanvarın 1-dən dekabrın 31-dək o, 147 997 849,29 rubl qazanıb. Bir il əvvəl onun gəliri 7,58 milyon rubl təşkil edirdi.

Kadırovun 28 361 kvadratmetrlik torpaq sahəsi var. Ötən ildə olduğu kimi, mülkiyyətində 3668 kvadratmetr sahəsi olan torpaq sahəsi və 2344,6 kvadratmetrlik yaşayış evi var.

Respublika başçısının həyat yoldaşının da gəliri artıb. 2019-cu ildə o, 2 456 321,31 rubl qazanıb. Bir il əvvəl bu rəqəm 60 min rubl idi. Həyat yoldaşının daşınmaz əmlak siyahısı dəyişməyib, onun mülkiyyətində əvvəlki kimi 209,8 kvadratmetrlik mənzil var.

Kadırovların daşınmaz əmlakı Rusiyada yerləşir.

Bəyannaməyə əsasən, respublika başçısı, onun həyat yoldaşı və yetkinlik yaşına çatmamış 12 uşağın istifadəsində 300 kvadratmetr sahəsi olan ev var.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
Son xəbərlər
Bütün xəbərlər »