Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır

Türkiyə kəşfiyyatı Beyrut limanındakı partlayışın səbəbini araşdırır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hər hansı dəqiq məlumat əldə edilməyib.

“Beyrutdakı partlayışın miqyası çox böyükdür. Bu, həqiqətən çox böyük fəlakətdir. Türkiyə bu məsələdə Livanı tək qoymayacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Yunanıstanla Misir arasında Şərqi Aralıq dənizi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib. O qeyd edib ki, bu müqavilənin Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.

Ərdoğan vurğulayıb ki, Yunanıstan müttəfiq olaraq verilən vədlərə əməl etmədiyi üçün “Barbaros Xeyrəddin” gəmisi Şərqi Aralıq dənizində yenidən araşdırma fəaliyyətinə başlayıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »