Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Lukaşenko “Vaqner” döyüşçülərinin saxlanmasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı V. Putin ilə A. Lukaşenko qardaş Rusiya və Belarus münasibətlərinin gələcək inkişafına dair aktual məsələləri müzakirə ediblər.

Bir müddət əvvəl Belarusda 33 Rusiya vətəndaşının saxlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş vermiş hadisənin iki ölkənin əməkdaşlığına xas qarşılıqlı anlaşma ruhunda nizamlanacağına əminlik ifadə olunub.

Qeyd olunub ki, Rusiya tərəfi Belarusda sabit daxili siyasi vəziyyətin olmasında və qarşıdakı prezident seçkilərinin sakit şəkildə keçirilməsinin marağındadır.

Son xəbərlər
Bütün xəbərlər »