Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyanın ikinci dalğasının başlanması ehtimalı yüksəkdir

ÜST və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını olduqca yüksək qiymətləndirirlər.

University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək;

Almaniyada da oxşar vəziyyətdir. Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır;

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. "Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir"- deyə Le Figaro qəzeti yazır;

Avropanın daha bir öllkəsində, Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Ötən ay 1,0 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb və hökumət yenidən koronovirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub;

Rusiyanın paytaxtı Moskva meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri əvvəlki tək maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etməlidirlər;

Türkiyədə isə avqustun 7-də koronovirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar olacaq – bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər ediləcək. Bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə - hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulub;

Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur;

Hazırda Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, açılmalar tədricən tətbiq olunur. Bu, bir daha göstərir ki, xəstəliyin artması ilə bağlı hər bir ölkə məhdudiyyətləri sərtləşdirir və ya yumşaldır. Mövcud vəziyyət “nəyə görə hansısa ölkədə məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanda isə sərt karantin rejimidir?” sualına cavabdır.

Lakin pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. İkinci dalğa təhlükəsinin realdır və bəzi ölkələrdə, artıq rəsmən elan edilib. Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb;

Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olması anlamına gəlməməlidir;

Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir;

Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik;

Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik;

Hamı bilməlidir: əgər əldə olunmuş müsbət dinamika itiriləcəyi və koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq.

Son xəbərlər
Bütün xəbərlər »