Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla Çin arasında baş verənlərin düyün nöqtəsi

ŞOK 1. Deməli bir neçə gün əvvəl Hindistan ABŞ sanksiyalarına görə, qəflətən İranı üzü Əfqanıstana qədər uzanan "Yeni Delhi" dəmir yolu layihəsindən qovdu.

SƏBƏB 2. Trampın İrana maksimum təzyiq siyasəti, Çin - Hindistan toqquşması, ABŞ və Çin arasında artan gərginlik = İran Çinin qucağına düşdü. Çin İrana 400 milyardlıq investisiya qoydu, enerji, bank və s. bir kəmərlə bir yol arası. Bundan xəbər tutan Hindistan İranın Zahidan şəhərinə qədər hissəni kəsdi və İranı çıxartdı. Hindistan illərdir Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (Mumbayı Moskva ilə birləşdirən 7,200 km) təbliğ edirdi və düşünürdü ki, İran buna qoşulmaqla Çinə meyillənməz, bir halda ki, Pakistanın Gvadar limanını da Çin icarəyə almışkən. Ötən il Hindistanın İsraildə silah almağa başlaması və ABŞ -ın İRANA tətbiq etdiyi müəyyən qadağalara görə addım atması Tehranı əməlli-başlı küsdürdü.

DÜYÜN NÖQTƏSİ:

Çin-İran müqaviləsinə görə Hörmözdəki Bəndər limanı Çinə icarəyə verilir, ordan isə Çin bütün Körfəzi, o cümlədən, ABŞ-ın Bəhreyndəki beşinci donanmasını, bölgədə ABŞ gücünü nəzarətdə saxlamağa kifayət edir. Çin beləcə üç liman arasında - Gvadar, Cibuti və Bəndər üçbucağından ABŞ-a böyük bir tələ qurur.

İranın Çinlə müttəfiqliyi başqa zonada- Əfqanıstanda Hindistan təsirini azaldır, İran təsirini artırır.

Və növbəti dəfə - ABŞ ordularından sonrakı dövrdə ikili Əfqanıstanı da sıralarına qatmaq istəyir. Asiyada baş verən bu dəyişiklik tərəflərə belə bir fürsət yaradır: Çin İran əməkdaşlığı Hindistana qarşı yönəlməklə Pakistanın yükünü azaldır, Pekin Tehranla İslamabadı yaxınlaşdırır və Bəlucistandakı etnik separatçıları zərərsizləşdirir, Hindistanın bölgədən qovulması Asiyadakı tranzit yolu Pakistan limanları ələ keçirir.

Əziz Əlibəyli, Siyasi analitik

Son xəbərlər
Bütün xəbərlər »