Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda karantin qaydalarınpozan iki kafe aşkarlanıb
Kafe

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən “Babək” və “Basqal” kafelərinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı orada olan kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Paylaş »
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
››› "Pikap"ların saxlanılması ilə bağlı rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »