Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aktyor müğənniləri ittiham etdi: "Xalqa acıq verirdilər, indi ağlayırlar"

Bir neçə gündür sosial şəbəkələrdə toy bazarının yenidən işə salınmasının vacibliyini vurğulayan fikirlər səsləndirilir, xüsusilə müğənnilər çətin vəziyyətdə qaldıqlarını söyləyərək, etirazlarını bildirilər.

Çox maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri bu məsələdə sənətçiləri dəstəkləməyib, əksinə onların şikayətlərinə çox əsəbi reaksiya verdilər. Hər zaman “bizi xalq dolandırı, xalq yaşadır” deyənlərlə xalq arasında qarşıdura yarandı.Hətta iş o yerə çatdı ki, özünü əjdaha, toylar kralı adlandıran Nadiq Qafarzadə sosial şəbəkədə canlı yayım edib, intihar edəcəyini söylədi. Bəs sadə insanları müğənniləlrə qarşı- qarşıya qoyan nədir? Bəlkə onların bəzəkli, gözqamaşdıran həyatna qarşı olan qısqanclıq?

Səfa Mehdi Səfa Mehdi

Aktyor Səfa Mehdi hesab edir ki, müğənnilər xalqı özlərinə elə özləri düşmən ediblər və bunda TV-lərin də rolu az olmayıb.

“Bir çox adamlar müğənnilərin belə vəziyyətə düşməyinə sevinirlər. Bilirsiniz niyə? Bir çoxu ömrünü bizə açıq verməklə keçirib, bahalı maşınları, bahalı evlərini, bağlarını, itlərini reklam ediblər. Hətta bir iki mənasız verlişdə var idi, bir aparıcı gedib az qala kim hansı tuman geyinir onu çəkib göstərirdilər. Verilişlərdə bütün günü yeyib-içmək, yığılıb bir-birinin bağına, evinə, mənasız söhbət edib verilişlər hazırlayıblar. Bir çoxu, bir neçə nəfəri çıxmaqla, bir sosial mövzuda bir çıxış etməyiblər, bir fikir bildirməyiblər, bir dəfə olsun xalqın başına gələn acı günlərdə yanlarında olmayıblar. TV verlişlərdə bir-birinə söz atmaqla məşğul olublar, bir çoxu kitab oxuyanlara axmaq kimi baxıblar. Elə bilirsiniz xalq bunları unudur? Elə bilirsiniz Bodrumdan, Antalyadan şəkil paylaşıb acıq vermək camaata xoş gəlirdi?”,- deyə o bildirib.

Siz necə düşünürsünüz?

Son xəbərlər
Bütün xəbərlər »