Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş Sovet ölkələrindən kimlər yenidən birləşməyə razıdır...

Bir neçə gün öncə Rusiya mətbuatında rus müəllif Aleksandr Yemelyanko tərfindən yayılmış bir məqalə diqqətimizi çəkdi.

Müəllifin sözlərinə görə "Sputnik" xəbər portalı keçmiş Sovet dövlətlərində yaşayan izləyiciləri arasında sorğu keçirərək , kimlərin yenidən sovetlərin tərkibinə qayıtmaq istəməsini öyrənməyə çalışıb. Uzun müddətdir müxtəlik media məkanlarında Putinin rus bayrağı altında yeni bir imperiya yaratmaq istəməsi, Sovetləri bərpa etmək istəyi barədə söhbətlər gedir. Bu kimi sorğular da bu deyilənləri daha da gücləndirir, yayılan fikirləri qanadlanıdır.

Bizimyol.info həmin məqaləni təqdim edir:

“Ömrünün çox hissəsini Sovet ölkəsində yaşayanların bir hissəsi onda həyatın indikindən daha asan və yaxşı olduğunu hesab edir.Keçmiş Sovet ölkələrindən Tacikistan, Özbəkistan sakinləri isə belə düşünmürlər. Aparılmış statistika belə deməyə əsas verir.Bu ölkələrin əhalisinin 5 faizi SSRİ-nin tərkibində yaşamağa razı olduğunu bildirib.Halbuki əhalisinin çoxu Rusiyada iş axtarır. Moldova isə yaşlıların 60, gənclərin 69% -i Sovetlərin tərkibinə geri dönməyin tərəfdarı olub.

Qəribədir, bu ölkə həmişə Rumıniyanın tərkibinə daxil olmaq tərəfdarı olub.Unionist olmaq istəyənlərin böyük əksəriyyəti Ukraynada yaşayırdı. Lakin 30 illik müstəqillikdən sonra da onlar öz böyük qərb arzularına çatmadılar.2006-cı ildə Rumıniya prezidenti AB-yə dxil olmaq üçün moldovalı həmkarına bir dövlətdə birləşmək təklifi etsə də, o bunu qəbul etməmişdi. Hazırda Rumıniyada adam başına düşən ÜDM $26 500, Moldovoda – $7 300 təşkil edir. 3,5 milyonluq moldovanların rumınlara birləşməsi ilə ümumi ÜDM azalaraq $24 000 təşkil edəcək ki, bu da 21 milyon rumını təmin etmir.

Rusiyada adambaşına düşən UDM 2018-ci ildə $28 800 olub. Baltikyanı ölkələr istisna olmaqla, hansısa keçmiş Sovet ölkəsinə birləşmə bu rəqəmi azalda bilər.

Rusların fikrinə görə, yalnz Qazaxıstanın birləşməsi vəziyyəti dəyişməz. Orda adambaşına düşən illik ÜDM $27 700 təşkil edir. Belorusda bu rəqəm $19 900-dur.

Ümumilikdə, SSRİ-yə qoşulmaq istəyən ölkələrdən biri də Ermənistandır. Yaşlı ermənilərin 71 faizi, gənclərin isə yarısı sovet ölkəsinin tərkibində yaşamaq istəyir.Bunu anlamaq çətin deyil, çünki Ermənistan bizsiz yaşaya bilməz. O demək olar ki, düşmənlərinin əhatəsindədir. Qərbində yerləşən Gürcüstanla Ermənistan heç sovet dönəmində də yola gedə bilmirdi, cənubda Türkiyədir ki, türklərlə ermənilər arasında 100 il öncəki qaranlıq genosid məsələsi dayanır, Azərbaycanla isə məlum məsələdir ki Dağlıq Qarabağ münaqişəsi yaşanır.

Rusiya Ermənistan üçün gün işığı, hava zonasıdır”,- deyə müəllif bildirib.Məqalədə Azərbaycanda aparılmış sorğunun nəticəsi barədə məlumat verilmir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »