Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat tibb sahəsində kadr çatışmazlığından danışıb

“Səhiyyə işçiləri 65 yaşına çatanda onların əmək müqaviləsinə xitam verilir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bu, səhiyyə sistemində real vəziyyətə uyğun gəlmir və bir növ kadr çatışmazlığına səbəb olur.

“Bu ölkənin səhiyyə sistemində vacib olan bir problemdir. Kənd və rayon yerlərində 40-50% ştatların boş olması da problemlər yaradır. Aidiyyəti qurumlar ortaq həll yolu tapıb bu məsələni həll etməlidir”, - deyə deputat vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »