Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyonu ötdü

Hindistanda son sutka ərzində 62 538 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi öz saytında məlumat verib.

Bu həm də gündəlik yoluxma sayında yeni rekord olub. Belə ki, ilk dəfə gündəlik yoluxma 60 min həddini aşıb. Bundan öncəki rekord avqustun 1-də qeydə alınmışdı və yoluxma hallarının sayı 57 118 təşkil etmişdi.

Hindistanda ümumi yoluxma hallarının sayı isə artıq 2 milyonu keçib. Son günün nəticələrindən sonra bu say 2 027 074 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son gündə koronaviruslu xəstələrdən 886 nəfər ölüb, bununla da COVID-19 qurbanlarının sayı 41 585-ə çatıb.

ABŞ-dakı Cons Hopkins Universitetinin məlumatına görə, Hindistan yoluxma hallarının sayına görə yalnız ABŞ və Braziliyadan geri qalaraq dünyada üçüncü yerdədir. Ölüm hallarının sayında isə ölkə ABŞ, Braziliya, Meksika və Böyük Britaniyadan geri qalaraq beşinci sıradadır.

Nazirlikdən bildirilib ki, hazırda Hindistanda 607 384 koronaviruslu xəstə müalicə olunur, 1 378 105 nəfər virusdan sağalıb. Sağalma nisbəti 67,98% təşkil edir. Bu göstərici ölkədə mütəmadi olaraq artır.

Son xəbərlər
Bütün xəbərlər »