Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətəndaşlarımızın rifahı istənilən dövrdə və şəraitdə dövlətimizin ən ali məqsədidir”

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19) pandemiyasına qarşı görülən genişmiqyaslı tədbirlər pandemiyanın önlənməsi ilə yanaşı, əhalinin məşğulluğunun və sosial rifahının da artmasına təkan verib”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir: “Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir öz əksini tapıb və tədbirlər planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır.

Görülən tədbirlərin məqsədyönlü şəkildə və bütün istiqamətlərdə davam etdirilməsi də tədbirlər planının uğurlu olmasında öz töhfəsini verib.

Tədbirlər planının əsas istiqamətləri iş və əməkhaqlarının qorunması, məşğulluq imkanlarının artırılması, əlavə sosial təminatların təqdim edilməsi olmuşdur ki, bu istiqamətlər üzrə görülən işlər və əldə olunan nəticələr təqdirəlayiqdir”.

E.Səlimov bildirib ki, pandemiya dövründə dövlət və özəl sektorda muzdla çalışan şəxslərin iş yerləri və əməkhaqqı gəlirləri qorunub saxlanıb və elektron sistem üzərindən bu prosesə gündəlik nəzarət edilir: “Bunun nəticəsində əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım qeydə alınıb. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən yuxarı olub. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.

Dövlət sektorunda çalışan 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onlara əməkhaqqı ödənilməsi davam etdirilmişdir.

Özəl sektorda isə pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb.

Bundan əlavə, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Ölkə başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib”.

Deputat bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb və artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub: “Cənab Prezidentin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) üzrə kiçik təsərrüfatların qurulması işləri aparılır. Bunun üçün 70 milyon manat vəsait ayrılıb. 28 iyul 2020-ci il tarixinədək 4200-ə yaxın şəxs proqrama cəlb edilib. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcəkdir. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək. Xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.

Qeyd olunanlarla yanaşı, proqramın əhatə dairəsinin genişləndirilməsi məqsədilə tədbirlər davam etdirilir və bu istiqamətdə həyata keçirilən əməkdaşlıqlar da öz müsbət nəticələrini göstərməkdədir.

Proqramın genişləndirilməsində hər il 250 ailə nəzərdə tutulmaqla Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir”.

Eldəniz Səlimov bildirib ki, banklarla da əməkdaşlıq uğurla aparılır: “Banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası da getdikcə genişlənir. Əlavə olaraq ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanılıb və davam edir.

Xüsusi həssas təbəqələr də görülən tədbirlərdən kənarda qalmayıb. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığı təmin etməyə yönəldilib. Bu ödənişləri ümumilikdə 2,3 milyon şəxs alır.

Bundan başqa, pandemiya dövründə yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi təşkil edilib və 15 000-dən çox tənha yaşlı şəxs sosial xidmətlərlə əhatə olunub.

Sosial tərəfdaşlar vasitəsilə 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur”.

Deputat bildirib ki, ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi də hazırda ən diqqətçəkən məqsədlərdəndir: “Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb.

Uatdım müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulub. Bu tədbirlər nəticəsində ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.

Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək”.

Deputat E.Səlimov əlavə sosial təminat təminat tədbirlərinin əhatə dairəsi də pandemiya dövründə xüsusilə diqqət çəkicidir: “Belə ki, 2 milyon vətəndaşa müxtəlif sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib. Hazırda 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.

100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edilib. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması istiqamətində işlər aparılır.

Hazırda icrası nəzərdə tutulan əsas istiqamətlərdən biri isə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

Qeyd olunanlarla yanaşı, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.

Görülən tədbirlərin çoxşaxəliliyi, əhatə dairəsinin genişliyi və uğurla genişlənməkdə davam etməsi, pandemiya dövründə ölkə əhalisinin yarısını – 5 milyon vətəndaşı əhatə edən sosial təminat və məşğulluq proqramının uğurla icra edilməsi böyük nailiyyətdir.

Görülən işlərin və atılan addımların miqyası ölkə başçısı cənab İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürüdür.

Bütün bunlar əyani şəkildə bir daha təsdiq etdi ki, vətəndaşlarımızın rifahı istənilən dövrdə və şəraitdə dövlətimizin ən ali məqsədidir”.

Ramid İbrahimov

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »