Dünən Bakıda bir ailə faciəsinin yaşanması, atanın boşandığı arvadından intiqam almaq üçün öz doğma balasının boğazını kəsməsi barədə xəbər vermişdik.
1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç həyat yoldaşı Aysel Şabanova ilə ayrılıb. Anası birgə nikahdan olduğu övladı 2018-ci ildə anadan olan Şabanov Öməri Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib atasına verərək gedib.
Bir müddət sonra əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib. Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib.
Bu gün Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə balaca Ömərin fotosunu yayaraq onun valideynlərini axtardığını bildirib.