Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən sərt sözlər: "AZAL-ın dövlətə verdiyi mənfəət, gəlir nədir?"

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?”

Qazet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

İlham Əliyev İlham Əliyev

“Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”- deyə Prezident bildirib.

Hazırda AZAL-ın balansında 21 müxtəlif növdə təyyarəsi var. 10 təyyarə sifariş edilib.

Bəs 24 ildir “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru olan Cahangir Əsgərov kimdir?

Qazet.az xəbər verir ki, Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Cahangir Əsgərovun Azərbaycan Respublikası mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə dövlət tərəfindən əməyi qiymətləndirib. 2010-cu ildə “Şöhrət” ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, son vaxtlar AZAL müştəriləri bilet satışlarının da kifayət qədər baha olmasından şikayətlənir.

Son xəbərlər
Bütün xəbərlər »