Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabad rayonunda məktəb binası yanıb

Cəlilabad rayonunun Cəfərli kənd məktəbində yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəfərli kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 170 kv/m olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 kv/m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »