Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollar qonşu ölkədə bütün dövrlərin ən yüksək məzənnəsinə çatdı

Türkiyə lirəsi hər gün bir az da zəifləyir. Qardaş ölkənin milli valyutası böyük dəyər itirib.

Bizimyol.info xəbər verir ki, dollar Türkiyədə bütün dövrlərin ən yüksək məzənnəsinə çatıb. Avqustun 6-da ABŞ valyutası qardaş ölkədə 7.28-dən baha təklif olunub. Halbuki iyulda məzənnə 6.80-dən də aşağı düşmüşdü. Lirə mayda çətin günlər keçirmişdi. Dolların məzənnəsi 7.26-ya çatmışdı.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Bu gün Türkiyədə avronun, funt sterlinqin də məzənnəsi artıb. Avro 8.63-ə, funt sterlinq 9.62-ə təklif olunub.

Mütəxəssislər lirənin güc itirməsinə görə Türkiyə Mərkəzi Bankının böyük məsuliyyət daşıdığını bildirir. Faiz dərəcəsinin kəskin aşağı salınması investorların lirəyə etibarını azaldıb.

Son xəbərlər
Bütün xəbərlər »