Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyanda karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib

Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-km yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib. Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »