Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Turizm sektorunun prioritet sahə olduğunu nəzərə alaraq diplomatik nümayəndəliklər və Dövlət Turizm Agentliyi təbliğat işi aparmalıdır”-Ekspert
Yaponiyanın “Adventire.İnc” turizm şirkətinə məxsus olan “Skyticket.jp” internet səhifəsində yerləşdirilən Azərbaycanla bağlı məqalədə Azərbaycanın müharibə şəraitində olmasına və ölkədə təhlükəsizliklə əlaqədar məqamlara diqqət çəkilib.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, turistlər üçün ölkəmizdə təhlükəsizlik şəraitin hökm sürməsini diplomatik nümayəndəliklərin və Dövlət Turizm Agentliyinin əməkdaşları müxtəlif görüşlər keçirməli, Azərbaycan həqiqətlərini təbliğ etməlidirlər.

Ceyhun Aşurov Ceyhun Aşurov

“Yaponiya o ölkələrdəndir ki bu ölkənin vətəndaşları üçün viza rejimi ləğv edilib. Odur ki onların ölkəmizə gəlməsi asandır. Yaponiya vətəndaşlarına yerində viza almaq imkanları yaradılıb.

Son illər yapon turistləri ölkəmizə qrup halında gəlirlər. Xüsən Qafqaz marşrutu üzrə Azərbaycana və Gürcüstana səfər edirdilər.

Yapon turistləri adətən qrup halında hərəkət edirlər”,-deyə C.Aşurov bildirib.

Ekspert qeyd edib ki, ölkəmizə turistlərin daha çox gəldiyi bir çox ölkələrdə Azərbaycanın müharibə şəraitində olduğunu bilirlər: “Azərbaycan isə həmişə ölkəmizin təhlükəsiz məkan olduğunu bildirirlər. Əməldə də sübut edilir ki turistlərin sağlamlıqları, təhlükəsizliyi tam şəkildə qorunur. Turistlər üçün ölkəmizin həmişə təhlükəsiz olduğunu təbliğ etməliyik.

Yapon turistləri qrup halında hərəkət edən, alış-verişi sevən və nisbətən yaşlı qrup turistlər sayılırlar. Hazırda dünyada demək olar ki turistlərin hərəkəti müşahidə olunmur. Bir çox ölkələrdə karantinlə bağlı səyahət məhdudiyyətləri aradan götürülməyib”.

C.Aşurov bildirib ki, diplomatik nümayəndələr Dövlət Turizm Agentliyinin əməkdaşları həmin bölgədə təbliğat işi aparmalıdırlar: “Müxtəlif görüşlər keçirməklə həm Azərbaycanı tanıtmalıdırlar, həm də doğru şəkildə təqdimatlar etməlidirlər. Ölkəmizin güvənli və təhlükəsiz yer olması diqqətə çatıdırılmalıdır. İnformasiya mübadiləsi getdikcə intensiv şəkil almalıdır, müxtəlif görüşlər, həmçinin həm ənənəvi media, həm də sosial media vasitəsilə daim bu işlər aparılmalıdır.

Turizm sektorunun ölkəmiz üçün prioritet sahə olduğunu nəzərə alaraq qeyd edim ki dövlətimiz bu sahəyə çox diqqət göstərir”.

Ramid İbrahimov

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »