Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali Məhkəmə girov əmlakların satış qiyməti ilə bağlı qərardad qəbul edib

Ali Məhkəmədə Mülki Kollegiyanın sədri Sənan Hacıyevin sədrliyi ilə Mülki və Kommersiya kollegiyaları ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qərardad qəbul edilib.

”Report” xəbər verir ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasına dair mülki işlərdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub.

Məhkəmə qanunvericiliyin təhlilini nəzərə alaraq qərara gəlib ki, “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Qərardad dərc edildiyi gündən qüvvəyə minir.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »