Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Daşkəsən dəmir filizi yatağı ilə bağlı sərəncam verib

Prezident İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »