Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada kişilərin 30 faizə qədəri özgə uşaqlarını böyüdür və bunu bilmir"

“Rusiyada ailəli kişilərin 10-30 faizi özgə uşağını böyüdür və bunu bilmir. Həqiqət anı isə onlar üçün faciəvi nəticələnir, çünki güclü cinsin nümayəndələri uşağı varis hesab edirlər”.

Bizimyol.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri klinik psixoloq Valentin Denisov-Melnikov səsləndirib.

Valentin Denisov- Melnikov Valentin Denisov-Melnikov

Bəs nə üçün qadınlar başqasının uşağını ərlərinə varis deyə təqdim edirlər? Psixoloq bu suala açıqlıq gətirib: “Bəzən qadınlar çox sevməsələr, heyran olmasalar da, etibarlı sakit kişilərlə evlənirlər. Təbiətdəki bütün başqa dişilər kimi onlar da bioloji ata roluna güclü nümayəndə axtarırlar. Buna görə şüuraltı olaraq alfa kişilərə üz tuturlar. Alfa kişi yüksək testosteronlu, qadınlar arasında rəğbət qazanmış, uğurlu kişidir. Lakin onların yaxşı ailə başçısı və ata olacağı sual altındadır. Qadınların çoxu nümunəvi kişi ilə ailəli olub kənarda cazibədar və yaraşıqlı hesab etdikləri sevgililəri ilə görüşürlər. Belə intriqalar çox zaman ərinə verilən “Sən ata olacaqsan” müjdəsi ilə nəticələnir. Çox zaman qadınlar özləri də uşağın əsl atasını unudurlar. Çünki uşağı öz ərləri ilə böyütmək məcburiyyətində qalırlar. Unutmaq isə xəyanət hissini yenmək üçün yaxşı metoddur.

Bəzən qadının əri nəslini davam etdirə bilmədikdə qadın sevgilisindən olan uşağı ərinə təqdim edir və ürəyində vicdan əzabı çəkmir, çünki niyyəti ailəsini saxlamaq, ərinə varis verməkdir.

Bundan başqa, qadınlar orta yaş həddində macəra axtarışına düşə bilirlər. Çünki bu zaman onlarda yaranmış güclü enerjini yalnız gənc sevgili qarşılaya bilir. Həmçinin bioloji cəhətdən güclü qadınlar da gənc kişilərə maraq göstərirlər.

Uşağın özünün olmadığını biləndə kişilər böyük ruhi zərbə alırlar. Uşaq oğlandırsa, bu daha ağır nəticələnir. Ümumiyyətlə, kişilər ögey qızlarına ögey oğlandan daha yaxşı münasibət bəsləyirlər.

Həqiqətin bilinməsi nikah üçün bir sınaqdır. Arvadının xarakterini sevən ərlər adətən bağışlayırlar. Özgəsinin uşağını böyüdən atalar Rusiyada xüsusilə çoxluq təşkil edir. Bu, regiondan regiona görə dəyişir. Moskva və Sankt- Peterburq kimi şəhərlərdə əxlaqi dəyərlər daha sərbəst olduğu üçün bu kimi hallara daha çox rast gəlinir”.

Son xəbərlər
Bütün xəbərlər »