Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyrutu partladan maddə əslində gübrəymiş

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayış hələ də dünya mediasının gündəmindədir. Partlayış nəticəsində 100-dən çox insan həlak olub, minlərlə insan yaralanıb, şəhərə böyük ziyan dəyib.

Ölkənin baş naziri Həsən Diabın açıqlamasına görə partlayış yük limanında saxlanılmış 2700 ton nitrat ammoniumun və ya ammiak selitranın partlaması nəticəsində baş verib.Rhosus adlı gəmidən müsadirə olunub, 2014-cü ildən anbarda saxlanılan bu maddənin birdən-birə partlaması çoxlu suallar doğurdu. Bəs bu qədər güclü partlaya bilən bu maddə, selitra nədir?

Ammiak selitra NH₄NO₃ kimyəvi formulu ilə tanınır.Xırda qranul şəklində buraxılan bu maddə əslində kənd təsərrüfatında gübrə kimi istifadə olunur. Eyni zamanda nitrat ammonium partlayıcı maddələrin tərkib hissəsidir. Dağ mədən sənayesində istifadə olunan partlayıcıların 70% tərkibi selitradan ibarət olur, onu neft məhsulları ilə, adətən mazutla qarışdırılar.

Beyrutda partlayışın baş verməsi üçün çox şey baş verməliydi. Çünki özlüyündə ammonium nitrat yanmır.O digər materialların yanmasını sürətləndirən oksigen mənbəyi kimi fəaliyyət göstərir. Çünki bu maddənin xırda dənəcikləri ətrafımızdakı havadan daha çox oksigenə malikdirlər.Buna görə ondan partlayıcı düzəldilir. Nitrat ammonumun alovlanma temperaturu 170 dərəcədir. Bundan sonra o dağılmağa başlayır. Dağılma nəticəsində azott oksidi və su buxarı yaranır ki, onların ayrılması partlayışa səbəb olur.

Bu maddə olan yerdə güclü yanğın başlayarsa o partlaya bilər. Nəm halda və ya kristallaşarkən partlayıcı gücü daha çox olur.

6 il ərzində Beyrutda saxlanılan 2700 ton ammonium nitrat demək olar ki, təhlükəsizliyə əməl edilmədən saxlanılıb. Onun partlaması külli miqdarda azot oksidinin ayrılmasına səbəb olur. NO₂ formuluna malik Dioksid azot iysiz qırmızı qazdır. Partlayış zamanı Beyrut səmasındakı qırmızı rəng də məhz bu səbəbdən yaranmışdı.

Nüvə silahları üzrə ekspert Cefri Luis Beyrutdakı partlayışın vurduğu zərbə dalğasına əsasən, onun 200-500 ton trotil ekvivalentində olduğunu bildirib.Qeyd edək ki, 2015-ci ildə Çinin Tyantsizin şəhərində də bənzər qəza olub və ammonium nitrat partlaması 173 nəfərin ölümü,800 insanın yaralanması ilə nəticələnmişdi.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »