Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səttar Möhbalıyev: “Qaçqınlar sanatoriyaları yerli-dibli söküb aparırlar”

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində bizim qaçqın və məcburi köçkün bacı-qardaşlarımız uzun illərdir yaşayırlar. Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səttar Möhbalıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır: “Mən bir dəfə bu məsələni qaldırıb Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir ki, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar. Bəs bizə niyə vasit ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısınız. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »